EN

16 ildir axtarışda idi, Olimpiadada tutuldu

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

2010-cu ildən beynəlxalq axtarışda olan Slovakiya vətəndaşı İtaliyada keçirilən Qış Olimpiya Oyunları zamanı saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 44 yaşlı kişi Slovakiya və Finlandiya yığmaları arasında keçirilən olimpiya xokkey oyununu izləmək üçün Milana gəldikdən sonra həbs olunub. Həbs qərarı 16 il əvvəl İtaliya prokurorluğu tərəfindən çıxarılıb. Azarkeş mağazalarda törətdiyi bir sıra oğurluqlara görə qiyabi olaraq 11 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, kişi Milanın kənarındakı mehmanxanaya yerləşdikdən sonra polis onun yerini müəyyən edib. O, saxlanılaraq şəhərin mərkəzi “San-Vittore” həbsxanasına aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
lent.az

1Sources