EN

Yasamalda piyada zolağını zəbt edib uşaqların həyatını təhlükəyə atdı

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yasamal rayonunda Mikayıl Müşfiq küçəsində sakinlər narahatlıq ifadə edirlər. AzPost xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yaxınlığında yanında, 20 nömrəli məktəbə gedən yolda sürücülər piyada zolağında avtomobillərini saxlayır. Son günlər diqqət çəkən isə 90-NT-006 dövlət qeydiyyat nişanlı Jeep Wrangler olub.

Valideynlərin sözlərinə görə, səhər saatlarında balaca uşaqlar təhlükə ilə üz-üzə qalır, çünki avtomobil onların yolunu əngəlləyir. “Çox xahiş edirik, paylaşın, bəlkə görüb utanarlar,” – deyə sakinlər bildirirlər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
1
azpost.info

2Sources