EN

Azərbaycan nümayəndə heyəti dəyirmi masada iştirak üçün Ermənistandadır - FOTO

Azərbaycan
13–14 fevral 2026-cı il tarixlərində Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək. 1news.az xəbər verir ki, bu barədə “Sülh Körpüsü” Təşəbbüsünün press-relizində bildirilib.
“Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu da təmsil olunacaq. Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək delimitasiya vədemarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə daxil olmuşdur. Bu, iki ölkəarasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım olmuşdur. Müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələnprosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyətdə cəmiyyətlərarası münasibətlər qurulmasının ictimai qavrayışına, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı anlaşma və etimadın təşviqində vətəndaşcəmiyyətinin roluna həsr olunacaq. Ermənistan tərəfdən iştirakçılar: 1.​Areq Koçinyan – Koordinator, Ermənistan Şurasının prezidenti.
2.​Boris Navasardyan – Yerevan Press Klubunun fəxri prezidenti.
3.​Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru.
4.​Narek Minasyan – Ermənistan Şurasının eksperti.
5.​Samvel Meliksetyan – Ermənistan Şurasının eksperti.
6.​Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarəHeyətinin sədri.
7.​Edqar Vardanyan – Ermənistan Şurasının eksperti.
8.​Robert Qevondyan – Ermənistan Şurasının eksperti.
9.​Lusine Xaratyan – Yazıçı və mədəni antropoloq.
10.​Nelli Minasyan – Tarix üzrə fəlsəfə doktoru, dosent, türkoloq.
11.​Davit Stepanyan – 1in.am-da siyasi şərhçi, Ermənistan Beynəlxalq Təhlükəsizlik vəMünasibətlər İnstitutunun eksperti.
12.​Ruben Babayan – Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.​Eleonora Sarqsyan – Sülh və gender üzrə ekspert, gənclərlə iş üzrə mütəxəssis.
14.​Naira Martikyan – Redaktor, JAMnews-un (Ermənistan) ölkə direktoru.
15.​Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun direktoru.
16.​Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru vəaparıcısı.
17.​Armen Petrosyan – Regional siyasət üzrə ekspert, Orbeli Mərkəzi.
18.​Alen Amirkhanyan – AUA Akopyan Ətraf Mühit Mərkəzinin direktoru.
19.​Nelli Rafayelyan – Jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.​Jirayr Habetiyan – Operator, Ermənistan İctimai Televiziyası. Azərbaycan tərəfdən iştirakçılar: 1. Fərhad Məmmədov — Koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
2. Rusif Hüseynov — Topçubaşov Mərkəzinin həmtəsisçisi, direktoru
3. Kəmalə Məmmədova — 1news.az internet portalının baş redaktoru
4. Ramil İskəndərli — Milli QHT Forumu İdarə Heyətinin sədri
5. Fuad Abdullayev — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
6. Könül Bədəlova — İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
7. Zaur Şiriyev — Karneqi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident eksperti
8. Murad Muradov — Topçubaşov Mərkəzinin həmtəsisçisi, direktor müavini
9. Aytən Qəhrəman — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri
10. Rauf Ağamirzəyev — Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında İctimai Şuranın üzvü
11. Gülbəniz Qənbərova — Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin sədri
12. Nəzrin Əliyeva — İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi
13. Eldar Həmzəli – tədqiqatçı
14. Sənan Rzayev — CBC televiziya kanalının aparıcısı
15. Gülşən Axundova — Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri
16. Emin Əliyev — Day.az internet portalının baş redaktoru
17. Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
18. İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
19. Fuad Ağamalıyev – CBC mühəndis-texniki departamentinin direktoru
Chosen
18
12
1news.az

10Sources