EN

Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-da aparılan araşdırmalara görə, pedofiliyada ittiham olunan çoxsaylı ABŞ vətəndaşları cəzadan yayınmaq üçün İsrailə qaçırlar.

Turkustan.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Bildirilib ki, bununla bağlı İsrail Parlamentinin Tədqiqat və İnformasiya Mərkəzi və "Watching the Jewish Community və Jewish Community Watch"(JCW) məlumatlara əsasən araşdırma aparıb.

Nəticələrə əsasən, 2000-ci ildə Oreqonda 9 yaşlı uşağa cinsi təcavüz etməkdə ittiham olunan Cimmi Julius Karou ABŞ-dan İsrailə qaçıb və ona qarşı İnterpolun qırmızı bülleteni verilib. Bildirilib ki, o, həmçinin İsraildə də uşaq istismarı işində məhkum edilib, cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.

Kaliforniyanın Los-Anceles şəhərində 8-10 yaşlı uşaqlara qarşı cinsi cinayətlərdə ittiham olunan şübhəli Mordekai Yomtov da Meksika vasitəsilə İsrailə qaçıb və hələ də azadlıqdadır.

Ekspertlər bildirir ki, pedofiliyada ittiham olunan 60-dan çox insan 2014-cü ildən bəri ABŞ-dan İsrailə qaçıb və hətta faktiki rəqəm daha çoxdur.

Qeyd edək ki, müxtəlif cinayətlərdə, pedofillikdə ittiham edilən Ceffri Epşteynin də əslində 2019-cu ildə ölmədiyi, hazırda İsraildə gizləndiyi iddia olunur./publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
icma.az

3Sources