EN

Ötən il mühafizə orderi verilən vətəndaşların sayı məlum oldu

Bakı. Trend:

2025-ci ildə Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərDövlət Komitəsi tərəfindən nəzarətə götürülüb, 109 vətəndaşamühafizə orderi verilib.

Trend xəbərverir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ciildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirindəbildirib.

Onun sözlərinə görə, 2024-cü ildə isə 108 belə muhafizə orderiverilib:

"2023-cü illə müqayisədə Dövlət Komitəsinə daxil olanmüraciətlər əsasında verilən mühafizə orderlərinin sayı 30% artıb.Belə ki, Komitə tərəfindən 2022- ci ildə 46, 2023-cü ildə 83mühafizə orderi verilib".

Qeyd edək ki, mühafizə orderi zərərçəkmişi zorakılıq törədənşəxsdən qoruyan hüquqi aktdır. Yəni zərərçəkmiş müraciət edərək,qısamüddətli və ya uzunmüddətli mühafizə orderi əldə edə bilər.Qısa müddətli mühafizə orderi zərərçəkmişə icra hakimiyyətiorqanları tərəfindən verilə bilər. Bu zaman zorakılığı törədənşəxsə 30 gün müddətində zorakılığın təkrar törədilməsi,zərərçəkənin ünvanını axtarması və ona narahatlıq gətirəndavranışlara yol verməsi qadağan edilir. Uzun müddətli mühafizəorderi isə 180 gün müddətinə verilir.

Chosen
50
az.trend.az

1Sources