EN

Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə hazırdır - Vüqar Rəhimzadə

Bakı.Trend:

Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə maraq göstərməkləyanaşı, bunu real addımları ilə təsdiqləyir. İdarəçilik sistemindətəkmilləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrinuğurlu icrası, bütün sahələrdə malik olduğu zəngin təcrübəsi evsahibliyi etdiyi beynəlxalq tədbirlərin platformasından təqdimetməsi və sair kimi mühüm məqamlar ölkəmizə müsbət beynəlxalqbaxışa daim əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Bugünlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyətplanına həsr olunmuş müşavirə də mühüm çağırışları, Azərbaycanınmalik olduğu üstünlüklərin təqdimatını, qarşıda dayanan hədəfləriözündə ehtiva edir. Hazırkı dövrdə rəqəmsal inkişaf xüsusi diqqətgöstərilən məsələlər sırasındadır. “Bu məsələ bizim gələcəkinkişafımızı böyük dərəcədə şərtləndirəcək” söyləyən Prezidentİlham Əliyev vurğuladı ki, dünyada gedən meyillər, trendlərbəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərininyaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraqölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda buistiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcəkfəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxiletməyimizdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın malik olduğuresurslardan səmərəli istifadəsi dövlətimizin daha dagüclənməsində, inkişaf etməsində öz sözünü deyir: "Bu baxımdanölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrininölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq yaratmasını, dünyanınenerji xəritəsini dəyişməsini xüsusi qeyd etmək istərdik. Tarixənneft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisiixracat edən dövlət kimi dünyanın diqqətindədir. Dövlətimizinbaşçısı müşavirədə vurğuladı ki, neft-qaz, bağlantılar sahələrindəböyük təcrübəmiz var. Bunlar həm bilik, bacarıq, texnikikeyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edənməsələlərdir. “Nəqliyyat, energetika dəhlizləri gələcəkdəfiber-optik dəhlizlərinə də çevrilməlidir” çağırışını edənPrezident İlham Əliyev onu da əlavə etdi ki, bu istiqamətdə müəyyənişlər görülüb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir.Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərininyaradılması istiqamətində də təşəbbüslərimiz ölkəmizinuzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir".

Vüqar Rəhimzadə Azərbaycanın mühüm üstünlükləri sırasındacoğrafi mövqeyini xüsusi vurğulayıb: "Qərblə Şərqin qovuşağındayerləşən Azərbaycan bu üstünlüyünü gələcək inkişafına yönəldir.Əməkdaşlıq məkanına çevrilən Azərbaycan müxtəlif ölkələri,xalqları, mədəniyyətləri, dinləri bir araya gətirir, yeniəməkdaşlıq körpüləri qurur. Azərbaycanın beynəlxalq əhəmiyyətlitədbirlər üçün ideal məkan kimi tanınması, dünyanın iqtisadi,siyasi, xarici siyasət, texnoloji inkişaf gündəliyinin ölkəmizdəmüzakirə olunması bir tərəfdən zəngin təcrübəyə malik olmağımız,digər tərəfdən isə sabitlik məkanı kimi nüfuz qazanmağımızlabağlıdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, coğrafi vəziyyətbizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafivəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Onagörə Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərindəyerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizətəmin edir. Prezident İlham Əliyev bu günlərdə ABŞ TicarətPalatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyəüzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndəheyətini qəbul edərkən də bu mühüm məqamı xüsusi vurğuladı ki,beynəlxalq əlaqələrimizin coğrafiyası genişlənir: “Bir çoxölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər vəbəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşımünasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heçvaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq. Ölkənininkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq”".

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın iştirakçısıvə təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrini uğurlusonluqla başa çatdırması etibarlı tərəfdaş kimi mövqeyininmöhkəmlənməsində əhəmiyyətli rol oynayır: "Bunun üçün ÜmummilliLider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsastərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından ötəndövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlarınxronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycana iqtisadi vəsiyasi dividend gətirən, iqtisadi və siyasi müstəqilliyinimöhkəmləndirən “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra,2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanınsözünün də imzası qədər əhəmiyyətini, beynəlxalq aləmdə möhkəmlənənmövqeyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev müşavirədəbu reallığı da diqqətə çatdırdı ki, transmilli böyük şirkətlərlə iştəcrübəmiz də böyük üstünlükdür. Azərbaycan iqtisadiyyatına son 20il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Həm yerli,həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədənAzərbaycanın inkişafını müəyyən edib. 30 ildən çox davam edən bizimneft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir.Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayanşirkətlərlə münasibətlərdə də özünü göstərməlidir".

Vüqar Rəhimzadə müşavirədə diqqət yönəldilən məsələlərdən birikimi, son illər ölkəmizdə aparılan işlər nəticəsində öz enerjigenerasiya gücümüzü böyük dərəcədə artırmağımızı qeyd edib: "Son 20il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bugün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları - istərqaz, istər hidro, istər Günəş, külək bu gün Azərbaycanreallıqlarını müəyyən edib. Hazırda ən azı 2 min meqavat istifadəedilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt,data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Gələcəkdəölkəmizin generasiya gücü imzalanmış kontraktlar əsasında daha daartacaq. Bu üstünlükdən səmərəli şəkildə istifadə etmək əsasprioritetlər sırasındadır. Prezident İlham Əliyev bu çağırışı etdiki, bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlımüvafiq sənədlər imzalanıb və elektrik enerjisinin bir qisminiixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da böyükenerji güclərini tələb edir".

Milli Məclisin deputatı bildirib ki, ölkəmizin dayanıqlıinkişafının təmin edilməsi hər zaman qarşıda dayanan əsas hədəfdir:"Təbii ki, hər bir hədəf dövrün çağırışlarının yüksək səviyyədəcavablandırılması ilə vəhdət təşkil edir. Keçilən yola nəzərsaldıqda Azərbaycanın bu hədəflərə ardıcıllıqla nail olduğunu görürvə bundan böyük qürur hissi keçiririk. Yeni texnologiyalarıninkişafı və tətbiqi hər zaman əsas hədəflərdən olub. 2013-cü ilin“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi dəbunun bariz nümunəsidir. Azərbaycanın 2023-cü ildə 74-cü BeynəlxalqAstronavtika Konqresinə ev sahibliyi etməsi də bu sahədə malikolduğu imkanların təqdimatı oldu. Prezident İlham Əliyev “Neftkapitalını insan kapltalına çevirək” tezisini irəli sürəndə buçağırışı da etmişdir ki, təbii resursların ixracından əldəetdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməkləgələcəkdə inkişafımızı dayanıqlı etmək olar".

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevmüşavirədə rəqəmsal inkişafı təmin etmək üçün tapşırıqlarını daçatdırdı. Bildirdi ki, hər bir dövlət qurumunda, ilk növbədə,nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizliküzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da busahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki,onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlətqurumunda bu sahə prioritet sayılmalıdır. Son illər ərzindəmüxtəlif dövlət qurumları tərəfindən müxtəlif platforma vətətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiyaşəklində aparılması üçün buna da ehtiyac olmayacaq, yaradılmışplatforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətlərivahid mərkəzdən, “mygov” üzərindən həyata keçirilməlidir. Bu,vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək:

"Hər bir çağırış, hədəf kadr hazırlığı məsələsiniaktuallaşdırır. Prezident İlham Əliyev bildirdi ki, təhsilsistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. HəmAzərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda,dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrəpeşəkarlığı artırmalıdırlar. Orta məktəblərdə şagirdlərə ilkinbiliklərin aşılanması üçün tədris proqramına da müəyyəndəyişikliklər edilməlidir. Əsas çağırışlardan biri süni intellektintətbiqinin dövlət qurumlarında geniş vüsət alması,kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsidir. Süniintellekt sahəsində inkişaf etmiş bəzi ölkələrdə dövlətməmurlarının gündəlik fəaliyyətinə süni intellekt agentlərininkömək göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki,çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlısüni intellekt yardımçı ola bilər. Ona görə rəhbər orqanlarındatəmsil olunan şəxslər süni intellektdən geniş istifadəetməlidirlər".

Milli Məclisin deputatı belə bir ümumiləşdirməni diqqətəçatdırıb ki, Azərbaycanın hər bir sahə üzrə inkişaf strategiyasını,fəaliyyət planını təsdiqləməsi və uğurlu icrasını həyata keçirməsihərtərəfli inkişafda kompleks tədbirlərə xüsusi önəm verdiyininümayiş etdirir: "Bu da Azərbaycanın dünyaya təqdim etdiyi inkişafmodelinin tərkib hissəsidir. Bu baxımdan rəqəmsal inkişafa həsredilən müşavirənin keçirilməsi, bu məsələnin dövlətimizinbaşçısının qeyd etdiyi kimi Prezidentin nəzarətində olması bir çoxtərəfdaşlarımıza da mesajdır. Bu, bir daha təsdiqləyir ki,Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Prezident İlhamƏliyev bu hədəfi də qarşıya qoydu ki, Azərbaycanın malik olduğuüstünlüklər xarici tərəfdaşlarımıza çatdırılmalıdır".

Məqalədə:
Chosen
54
1
az.trend.az

2Sources