EN

Qəzza zolağının bərpası məsələsinə münasibətdə İsrail ilə ABŞ arasında narazılıq var

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

Qəzza zolağının bərpası məsələsinə münasibətdə İsrail ilə ABŞ arasında narazılıq var

Uzun fasilədən sonra tamamilə dağıdılmış Qəzza zolağının yenidən qurulması üçün beynəlxalq səviyyədə müəyyən addımların atılması gözlənilir. Bu müstəvidə ABŞ təşəbbüsü ələ alıb və problemin həlli üşün Sülh Şurasının üzvlərinin yardımına ümid edir.

Məsələ ilə bağlı Associated Press mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu məsələdə hətta özünü ən yaxın müttəfiqi İsrailin maraqlarına belə məhəl qoymaq niyyətində deyil. Qəzza məsələsi Netanyahunun ABŞ-a səfəri zamanı da müzakirə edilib. Agentliyə etibarlı mənbələrdən verilən məlumata görə, Qəzzanın bərpası ilə bağlı məsələyə münasibətdə İsrail ilə ABŞ arasında fikir ayrələqları var. Məhz bu səbəbdən də 20 ölkənin də iştirak edəcəyi gözlənilən və fevralın 19-da ABŞ-da öz işinə başlayacaq Sülh Şurasının ilk iclasında İsrail iştirak etməyəcək.

Xatırladaq ki, gələn həftə Sülh Şurasının ilk rəsmi iclasında Qəzza zolağının yenidən qurulması məsələsi müzakirə ediləcək. Bu məqsədlə iclasda Qəzzanın bərpası üçün milyardlarla dolların ayrılacağı gözlənilir.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
oxumeni.az

1Sources