EN

UNEC tələbələri beynəlxalq risk idarəetmə yarışında dünyanın ən güclü 8 komandasından biridir!

UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar

UNEC-in (AzÉ™rbaycan DövlÉ™t İqtisad Universiteti) tÉ™lÉ™bÉ™lÉ™rindÉ™n ibarÉ™t “Schrodinger’s Stock” komandası mühüm beynÉ™lxalq uÄŸura imza atıb.

UNEC tÉ™lÉ™bÉ™lÉ™ri ABÅž-ın nüfuzlu “Spencer Educational Foundation” tÉ™rÉ™findÉ™n təşkil edilÉ™n “"SPENCER–RIMS Risk Management Challenge” müsabiqÉ™sindÉ™ dünya üzrÉ™ É™n güclü 8 komanda sırasına daxil olaraq final mÉ™rhÉ™lÉ™sinÉ™ vÉ™siqÉ™ qazanıblar.

2025-ci ilin sentyabr ayından etibarən start götürən yarışda UNEC tələbələri real biznes keysi üzərində işləyiblər. Komanda risklərin sistemli təhlili, müvafiq idarəetmə strategiyalarının işlənməsi və mürəkkəb nəzarət mexanizmlərinin hazırlanması mərhələlərini uğurla keçərək, əsaslandırılmış Risk İdarəetmə Hesabatı hazırlayıb.

UNEC tələbələrinin layihəsi fond tərəfindən yüksək qiymətləndirilib və onlar dünyanın müxtəlif ölkələrindən qatılan onlarla güclü rəqibi geridə qoyaraq dünyanın ən yaxşı 8 komandası sırasında yer alıblar.

UNEC Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlilin mentorluq etdiyi komandada BMDM-in I kurs tələbəsi Nihad İsgəndərov (komanda rəhbəri), Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) III kurs tələbələri Polad Atayev, Hüseyn İsayev və Ayaz Qurbanov təmsil olunurlar.

Müsabiqənin həlledici final mərhələsi 2026-cı ilin may ayında ABŞ-ın Filadelfiya şəhərində keçiriləcək məşhur RISKWORLD konfransı çərçivəsində baş tutacaqdır. UNEC tələbələri beynəlxalq münsiflər heyəti qarşısında öz təqdimatlarını edərək ölkəmizi təmsil edəcək və qələbə uğrunda mübarizə aparacaqlar.

Chosen
44
8
moderator.az

9Sources