ain.az, Reyting.az saytına istinadən bildirir.
Ermənistanda nüvə elektrik stansiyası üçün kiçik reaktorların tikintisi, çox güman ki, kreditlə maliyyələşdiriləcək və bunun pulunu gələcək nəsillər ödəyəcək.
Reyting.az “RİA Novosti”-yə istinadla bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Qeyd edək ki, Rusiya tərəfi bu məsələyə elə də isti yanaşmır.
S. Şoyqunun sözlərinə görə, layihənin həyata keçirilməsinin Ermənistan iqtisadiyyatına investisiya qoyuluşu demək olacağına dair əsaslı şübhələr var:
“Çox ehtimal ki, bu, ölkənin illik ÜDM-nin üçdə birindən çoxunu təşkil edən alqı-satqı əməliyyatı olacaq. Və çox güman ki, yalnız indiki deyil, həm də respublikanın gələcək nəsilləri tərəfindən ödəniləcək kredit olacaq”.
Onu qeyd edək ki, Ermənistana səfərindən sonra ABŞ-nın vitse-prezidenti J.D. Vens nüvə enerjisi müqaviləsinin bir hissəsi olaraq, Amerikanın Ermənistana kiçik modul reaktorlar verəcəyini açıqlayıb.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.