Bakı. Trend:
UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) tələbələrindənibarət “Schrodinger’s Stock” komandası mühüm beynəlxalq uğura imzaatıb.
UNEC tələbələri ABŞ-ın nüfuzlu “Spencer Educational Foundation”tərəfindən təşkil edilən “"SPENCER–RIMS Risk Management Challenge”müsabiqəsində dünya üzrə ən güclü 8 komanda sırasına daxil olaraqfinal mərhələsinə vəsiqə qazanıblar.
2025-ci ilin sentyabr ayından etibarən start götürən yarışdaUNEC tələbələri real biznes keysi üzərində işləyiblər. Komandarisklərin sistemli təhlili, müvafiq idarəetmə strategiyalarınınişlənməsi və mürəkkəb nəzarət mexanizmlərinin hazırlanmasımərhələlərini uğurla keçərək, əsaslandırılmış Risk İdarəetməHesabatı hazırlayıb.
UNEC tələbələrinin layihəsi fond tərəfindən yüksəkqiymətləndirilib və onlar dünyanın müxtəlif ölkələrindən qatılanonlarla güclü rəqibi geridə qoyaraq dünyanın ən yaxşı 8 komandasısırasında yer alıblar.
UNEC Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlilinmentorluq etdiyi komandada BMDM-in I kurs tələbəsi Nihad İsgəndərov(komanda rəhbəri), Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) IIIkurs tələbələri Polad Atayev, Hüseyn İsayev və Ayaz Qurbanov təmsilolunurlar.
Müsabiqənin həlledici final mərhələsi 2026-cı ilin may ayındaABŞ-nin Filadelfiya şəhərində keçiriləcək məşhur RISKWORLDkonfransı çərçivəsində baş tutacaqdır. UNEC tələbələri beynəlxalqmünsiflər heyəti qarşısında öz təqdimatlarını edərək ölkəmizitəmsil edəcək və qələbə uğrunda mübarizə aparacaqlar.