EN

Şəmkirdə yas mərasimləri hansı qaydada KEÇİRİLƏCƏK?

ain.az bildirir, Milli.az portalına istinadən.

Şəmkir rayonunda hüzr (yas) mərasimlərinin təşkili ilə bağlı qaydalar məlum olub.

Milli.Az-ın məlumatına görə, bunu Şəmkir Rayon Ağsaqqallar Şurası açıqlayıb.

Məlumata görə, dəfn günü masaya əza dəftəri qoyulmalı, hüzr yerində isə halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur.

Qaydalara əsasən, mərhumun 7-si ilə 3-ü birləşdirilməli, yalnız 3-cü gün mərasimi keçirilməlidir. Həmin gün də eyni qaydada sadə süfrə açılması məsləhət görülür.

Həmçinin adınalar (cümə axşamları) verilməməlidir.

Bildirilir ki, vəfat edənin 40-cı günü limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə təqdim oluna bilər.

Qeyd olunub ki, dəfndən sonrakı 2-ci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay verilməsi tövsiyə edilir.

Mina Mikayılova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
news.milli.az

10Sources