EN

Autsayderlərin duelində qolsuz “sülh”

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişli – Kəpəz (Gəncə) 0:033. Andrey Sinenka – 5,529. Edvin Banquera – 5,519. Azər Salahlı (k) – 5,0(44. Həzrət İsayev, 42) – 5,514. Ronaldo Rodriges – 5,523. Dioqo Rollo – 5,594. Rafael Vieqaş – 5,517. Ezekyel Morqan – 5,0(79. Dioqo Kardoso, 65) – 5,05. İdris İnqilablı – 5,5(21. Abbas Ağazadə, 65) – 5,06. Yau Mozes – 5,5(70. Mehdi Tahirov, 76) – 5,09. Dioqo Almeyda – 6,07. Juninyo – 5,5Ehtiyat oyunçular1. Hüseynəli Quliyev77. Elmir Rəhimzadə3. Tuncay Yusifli30. Xəlil Mürsəlli10. Nikola KaraklaiçBaş məşqçi: Jorj KaşkilyaKomandanın ən yaxşısı: Dioqo Almeyda33. Yusif İmanov - 5,514. Adama Fofana – 5,529. Dioqo Verdaska (k) – 5,54. Mate Abuladze – 5,527. Məqsəd İsayev – 5,0(7. Ehtiram Şahverdiyev, 46) – 5,088. Şakir Seyidov – 5,524. Olavale Onanuqa – 5,0(12. Mahamadu Ba, 90) – qiymətsiz11. Rəhman Hacıyev – 5,5(77. Fərid Nəbiyev, 65) – 5,010. Rinosuke Ohori – 5,55. Rauf Hüseynli – 5,09. Luis Paçu – 6,0(21. Sadiq Şəfiyev, 74) – 5,0Ehtiyat oyunçular22. Məmməd Hüseynov81. Elgün Bayramov99. Əli Səmədov17. Ümid Səmədov20. Elcan Əbilov23. Fərid Kələntərov66. Arzu AtakişiyevBaş məşqçi: Azər BağırovKomandanın ən yaxşısı: Luis PaçuVərəqələr: M.Abuladze, 38 (qeyri-idman hərəkəti). R.Souza, 84 (qeyri-idman hərəkəti). E.Banquera, 90+2 (oyunun bərpasının ləngidilməsi). R.Hüseynli, oyundan sonra (hakimin qərarına etiraz) – sarı.Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov (hamısı Bakı).VAR hakimi: Elçin Məsiyev (Bakı).VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).Hakim-inspektor: İmanxan Sultani (Bakı).AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).9 fevral. Quba. Olimpiya İdman Kompleksinin stadionu. 110 tamaşaçı (6800 yerlik).Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 5,5.Elitada qalmaq uğrunda tər tökən komandaların Qubadakı dueldən qalib ayrılması hər iki komanda üçün əhəmiyyətli idi. Ona görə ki, 6 oyundu qələbəyə həsrət qalan “İmişli” tilsimi qırmalı, 11-ci sırada qərarlaşan “Kəpəz” “Karvan-Yevlax”la aradakı xal fərqini artırmalıydı. Ancaq nə meydan sahibləri, nə də qonaqlar qələbəyə yetərincə can atdı. O başqa məsələ ki, 1-ci hissə Kaşkilyanın komandasının üstün performansıyla əlamətdar oldu. Azsaylı qol epizodlarına şahidlik etdiyimiz matçda gah qeyri-dəqiq zərbələr işi korladı, gah da qapıçılar ayıq-sayıq davrandı. İlk təhlükəli vəziyyəti “pələnglər” yaratdı. 11-ci dəqiqədə qeydə alınan hücum Almeydanın adını tabloya yazdırmasıyla nəticələnə bilərdi ki, top tirin xeyli üstündən şütüdü. Bir qədər sonra İdrisin təxminən 25 metr məsafədən bəxtini sınadığını gördük. Ancaq gənc orta sahə oyunçusunun zərbəsini zərərsizləşdirmək Yusif üçün çətin olmadı. Aran təmsilçisinin gerçəkləşdirdiyi növbəti hücum da xoşbəxtlik gətirmədi. Çünki başla fərqlənmək eşqinə düşən Juninyo qeyri-dəqiq oldu. Braziliyalının 39-cu dəqiqəyə təsadüf edən zərbəsi də hesabın açılmasıyla nəticələnmədi. Bu dəfə ona Yusif imkan vermədi. “Kəpəz”in ilk kəskin hücumu 45-ci dəqiqədə gördük. Məqsədin cərimə meydançasına göndərdiyi topu Paçu başla tora qovuşdurmaq istəsə də, dəqiqlik çatmadı. Bir neçə saniyə sonra Rəhman da həmin aqibətlə üzləşdi. Belədə komandalar fasilədə “sülh”lə yollandı.Daha baxımlı keçəcəyinə ümid etdiyimiz ikinci hissə o qədər də maraqlı olmadı. Bu dəfə təkcə komandaların istəksiz çıxışı yox, həm də ot örtüyünün durumu ön planda idi. Buna baxmayaraq, 48-ci dəqiqədə Ehtiramla Paçu hesabı açmağa çalışdı. Ardından Fərid də bəxtini sınadı. Lakin ilk iki fürsəti qeyri-dəqiqliyin qurbanı edən gəncəlilər sonuncuda Sinenka ilə bacarmadı. Daha sonra bir müddət mərkəzdə davam edən mübarizəni izləməli olduq. 71-ci dəqiqədə “atəşkəsi pozan” “İmişli” fərqlənməyə yaxın olsa da, Vieqaş fürsəti qaçırdı. Fəridin təxminən 30 metr məsafədən endirdiyi zərbə də fayda vermədi. Belədə matçın qolsuz “sülh”lə başa çatması qaçılmaz oldu. Odu ki, “İmişli”nn qələbə həsrəti 8 oyuna çatdı. “Kəpəz”i isə qazanclı saymaq olar. Axı “sarı-göylər” üçün hər xal qızıl dəyərindədi. Yeri gəlmişkən, bu, “Kəpəz”in cari mövsümdəki ilk heç-heçəsidi. Gözdən qaçmadı// “İmişli”nin “Küdrü qartalları”, “Kəpəz”in “Xəmsə” fanklubu stadionda idi.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources