EN

UEFA Millətlər Liqasındakı rəqiblərimiz müəyyənləşib

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə görə, yığma D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.

Qabil YUSİFOĞLU
XQ

 

Chosen
22
14
xalqqazeti.az

10Sources