EN

Su polisləri Lənkəranda ov şəbəkəsini dayandırdı

Ekoloji cinayətlərin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmini, habelə su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə,Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb. 

Baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb. Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Telegram kanalımız
Chosen
36
1
yenisabah.az

3Sources