İstanbulda martın 1-dən yeni qadağa qüvvəyə minir.
“Yeni Sabah” xəbər verir ki, İstanbul Görüş və Toy Zalı Operatorları Ticarət Palatası (İSTDO) toy salonları, açıq hava toy məkanları və nişan evlərinin həftənin Çərşənbə axşamı günü bağlı olmasını tövsiyə edib.
Qərar sektorda ortaq standartın formalaşdırılması, biznes sahibləri və əməkdaşların iş yükünü balanslaşdırmaq, motivasiyanı artırmaq və göstərilən xidmətin keyfiyyətini yüksəltmək və işçilərin istirahət hüququnun qorunması məqsədi daşıyır.
Çərşənbə axşamı gününə tədbir planlaşdıran müəssisələr İSTDO-ya əvvəlcədən yazılı məlumat verməlidirlər. Bu halda məkanların ən tez saat 17:00-dan sonra fəaliyyət göstərməsinə icazə veriləcək.
Qərara əməl etməyən obyektlərə qarşı palatanın “Məcburi Prinsiplər və Təcrübələr” çərçivəsində müvafiq tədbirlərin görüləcəyi qeyd olunub.
Aytac Əliyeva
Telegram kanalımız