EN

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçiriləcək

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçiriləcək.

Day.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şobəsinin müdiri Nurəddin Babazadə komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında 2026-cı ilin birinci yarısı (yanvar və iyun ayları) görülməsi nəzərdə tutulan işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, iclas aprelin 14-nə nəzərdə tutulub:

"Bununla bərabər "Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi" adlı beynəlxalq konfrans da paytaxtda təşkil olunacaq", - o qeyd edib.

Chosen
11
3
day.az

4Sources