EN

Stolüstü tennisin yeniyetmə və gənclər arasında inkişafı

Azərbaycanda yeniyetmə və gənclər arasında tennisin inkişafı son onillikdə həm dövlət proqramları, həm də fərdi təşəbbüslər sayəsində keyfiyyətcə yeni bir səviyyəyə qalxıb.

Bu inkişafın təməlində ilk növbədə infrastrukturun müasirləşdirilməsi dayanır; Bakı Tennis Akademiyası kimi beynəlxalq standartlara cavab verən mərkəzlərin fəaliyyəti gənclərin peşəkar idmana cəlb olunması üçün həlledici rol oynayır. Müasir dövrdə tennis təkcə fiziki hazırlıq vasitəsi deyil, həm də gənclərin intellektual və psixoloji dözümlülüyünü artıran "strateji oyun" kimi təbliğ edilir.

Yeniyetmələr arasında bu idman növünə marağın artması həm də Azərbaycan Tennis Federasiyasının beynəlxalq turnirlərə ev sahibliyi etməsi və yerli idmançıların "Tennis Europe" kimi nüfuzlu platformalarda iştirakının təmin edilməsi ilə birbaşa bağlıdır. Lakin inkişafın kütləvi xarakter alması üçün tennisin paytaxt hüdudlarından kənara çıxması, bölgələrdə müasir kortların inşası və məktəblilər üçün əlçatan dərnəklərin yaradılması mühüm şərtdir.

Tennisin digər idman növləri ilə müqayisədə daha çox maliyyə və texniki dəstək tələb etməsi bu sahədə sponsorluq ənənələrinin və gənc istedadlar üçün xüsusi təqaüd proqramlarının genişləndirilməsini zəruri edir.

Gənclərin bu sahəyə axını həm də peşəkar məşqçi korpusunun formalaşmasından asılıdır. Beynəlxalq təcrübənin yerli reallıqlara adaptasiyası və gənc kadrların xaricdə təlim keçməsi gələcəkdə dünya arenasında rəqabətədavamlı idmançıların yetişməsinə zəmin yaradır.

Nəticə etibarilə, tennisin Azərbaycanda inkişafı sadəcə bir idman növünün populyarlaşması deyil, sağlam, intizamlı və qlobal idman camiəsinə inteqrasiya olunmuş yeni bir nəslin formalaşması prosesidir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan stolüstü tennis üzrə qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Fərhad İsmayılov bildirib ki, yerli idmançılar son illər stolüstü tennis üzrə xeyli yüksək nəticələr əldə etməkdədir:

“Hazırda ölkəmizdə stolüstü tennisə maraq pis deyil. Bu idman növünə xeyli axın var. Bizdə məşqçilər bir neçə idman məktəbində fəaliyyət göstərir. Azərbaycan Stolüstü Tennis Federasiyası onlara şərait yaradıb ki, uşaq və yeniyetmələrlə də işləsinlər.

Həmin bu proyektin nəticəsinə görə, bizim idmançılarımız hazırda Avropada yaxşı nəticələr əldə edir. Sonuncu 2 Avropa birinciliyində ən güclü “səkkizliyə” düşüblər. Bu bizim üçün olduqca böyük nəticədir. Bundan əlavə, 2025-ci ildə Səudiyyə Ərəbistanında baş tutan İslam Həmrəyliyi oyunlarında bizim idmançılarımız 2 ədəd bürünc medal qazandı. Həmin medallarından biri qızların yığma komandasından, digəri isə qarışıq qoşa yarışlarından gəldi.

Son olaraq isə Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb. "WTT Youth Star Contender Tunis 2026" yarışında bacarığını göstərən istedadlı idmançı, U 15 yaş dərəcəsində  baş mükafata layiq görülüb. Seçmə komandanın üzvü, Tunisin eyni adlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütun oyunları qələbə ilə başa vuraraq 1-ci yeri tutub.Bu il U15 üzrə Avropa birinciliyi keçiriləcək. Onur Quluzadə həmin turnirdə də iştirak edəcək və biz ondan yüksək nəticə gözləyirik”.

Mütəxəssis qeyd edib ki, hazırda bir çox regionlarda sözügedən idman növünün inkişafı üçün lazımi şərait mövcuddur:

“Təkcə Bakı və Sumqayıtda deyil, regionlarda da stolüstü tennisə maraq xeyli yüksəkdir. Şabranda, Şəkidə, Salyanda, Şamaxıda, Qobustanda, Gədəbəy və Şirvanda hazırda stolüstü tennis məktəbləri fəaliyyət göstərir. Respublika yarışlarında həmin məktəbləri təmsil edən idmançılar xeyli yüksək nəticələr göstərir.

Hazırda Şəkidən və Şabrandan olan idmançılar yığma komandanı təmsil etməkdədir. Yaxın gələcəkdə digər regionlarda da stolüstü tennis mərkəzlərinin açılması və uşaqların bu idman növünə marağının formalaşmasına stimul verəcək”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Chosen
22
yenisabah.az

1Sources