EN

Səfərbərlik Xidməti yaranma gününü qeyd edib

ain.az bildirir, Apa.az portalına istinadən.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Ziyarətdən sonra Xidmətin aparatında qurumun yaradılmasının 14 illiyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Mürsəl İbrahimov son illər ərzində Dövlət Xidmətinin fəaliyyətindəki inkişaf, aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların icrasının gedişatı barədə ətraflı məlumat verib. Tədbirdə Xidmət tərəfindən 2025-ci ildə görülən işlərdən bəhs edən hesabat video çarxı nümayiş olunub.

Tədbirdə bir qrup əməkdaşın təltif edilməsi barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsi Tehran Babatov tərəfindən şəxsi heyətə elan olundu. Daha sonra Xidmət rəisinin imzaladığı əmrlər də elan olunaraq xidmətdə fərqlənənlərə hərbi rütbələr, medallar və fəxri fərmanlar təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
10
apa.az

10Sources