EN

Evlərdən 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Far.Az-in məlumatına görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb.

Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Chosen
5
13
far.az

10Sources