EN

Paşinyanın rəqəbi 3 ölkənin vətəndaşı ÇIXDI

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Samvel Karapetyan Ermənistanın Baş naziri vəzifəsinə namizəd ola bilməz. Çünki o, Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də Rusiya və Kipr vətəndaşıdır". 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan vitse-spikeri Ruben Rubinyan fevralın 13-də jurnalistlərlə görüşündə belə deyib. 

Onun sözlərinə görə, konstitusiyanın müvafiq maddəsi seçkilərdən sonra prezident tərəfindən baş nazir təyin edilmədən dəyişdirilə bilməz.

“Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın işinə gəlincə, o, ikili vətəndaşlığı olan şəxs hesab edilmirdi. Çünki onun ikili vətəndaşlığının olduğu məlum deyildi. O, niyə istefaya getdi? Çünki ikili vətəndaşlığının olduğu məlum oldu. Əgər bu, əvvəldən məlum olsaydı, o, Ermənistan Prezidenti seçilə bilməzdi”, - deyə Rubinyan bildirib.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
cebheinfo.az

2Sources