EN

Türkiyə ilə müzakirələri davam etdiririk - Qriqoryan

İrəvan və Ankara sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı artıq əldə edilmiş razılaşmaların sürətli şəkildə həyata keçirilməsi ilə bağlı danışıqları davam etdirirlər.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

"Vaxtı barədə heç nə deyə bilmərəm. Türkiyə ilə əldə edilmiş razılaşmaları yerinə yetirməyi gözləyirik. Bu razılaşmaları mümkün qədər tez həyata keçirmək üçün Türkiyə tərəfi ilə danışıqları davam etdiririk", - Qriqoryan Ermənistan-Türkiyə sərhədinin açılması üçün mümkün tarixlərdən söz düşərkəndeyib.

Xatırlatma: Türkiyə 1993-cü ildən bəri Ermənistan-Türkiyə sərhədini bağlayıb. 2022-ci ildə Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması prosesinə başlayıblar və bunun bir hissəsi olaraq tərəflər əvvəlcə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəliblər, lakin bu razılaşma hələ də həyata keçirilməyib.


Telegram kanalımız
Chosen
19
yenisabah.az

1Sources