EN

Bir də gördük ki, 100 mindən artıq pul gedib Məhkəmə

ain.az bildirir, Unikal.az portalına istinadən.

Bakıda vətəndaşlara qarşı dələduzluq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi başlayıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ramil Vəliyev vəsatət verib. 

Vəkil bildirib ki, müvəkkili 5300 manat dəyərində ziyanı ödəyib və buna görə qalan dəymiş ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məqsədəuyğundur. 

Prokuror Fariz Rzayev isə bildirib ki, dəymiş ziyan 128 min manatdır və ödənilmiş ziyan isə cüzidir. 

Zərərçəkmiş Etimad Mehdiyev vəsatətin təmin edilib-edilməməsini məhkəmənin səlahiyyətinə verib. Zərərçəkmiş 128 min 388 manatı tələb etdiyini vurğulayıb. 

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib. 

Şahid qismində ifadə verən Məryəm Məmmədova "Alisiya Möcüzələr Diyarında" adlı proyektləri olduğunu bildirib:

"Seymur, Etimad, Oktay və mən bu layihənin reallaşması üçün yığışdıq. Proyektin adını " Alisya möcüzələr diyarında" qoyduq. Bunun üçün ofis götürmək qənaətinə gəldik. Onlar bir-iki yerə baxdılar, sonda İçəri şəhərdə 6 min manata ofis kirayə götürdük. Biz vatsap qrup da yaratdıq. Ofisin təmirinə başlamaq qərarı verildi. Proyektin cızılmasına və bütün təşkilatı işlərə Seymur cavabdeh oldu. Seymur hər dəfə deyirdi ki, mənə 5 min manat lazımdı. Pulu Etimad bəy mənə verirdi və mən də pulu Seymura verib özümdə qeyd edirdim. Pulun çekini də vatsap qrupda ona atırdım. Ortada iş yox idi, amma təqsirləndirilən şəxs hər dəfə bizdən pul istəyirdi. Bir də gördük ki, 100 mindən artıq pul gedib. Sonradan biz bu işin üstünə düşdük. Gördük ki, ofisin mebelləri ikinci əl imiş. Hətta təmir edilmiş ofisin tavanı üstümüzə uçdu. Sonradan ustalar da dedi ki bizə pullar verilmir. Ustalar üçün nəzərdə tutub verdiyimiz 5 min manatı bu adam min manat ödəyirmiş". 

 Digər şahid Nihat Süleymanlı təqsirləndirilən şəxsi köhnə işlədiyi yer tanıdığını bildirib:

"Mənə dedi k, belə bir proyekt var onu kompyuterdən çıxartmaq lazımdı. Mənə dedi ki buna görə 3 min manat verəcək. Lakin sonradan 650 manat maaşa adımı yazdı". 

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib. 

Qeyd edək ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 128 min manatdır.

Orxan Rasifoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
unikal.az

2Sources