EN

Avropada həyəcan təbili: Cəmiyyətdə narahatdır

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Komissiyasının sifarişi ilə keçirilən sorğuya əsasən, Avropa İttifaqı ölkələrində respondentlərin 68 faizi dövlətlərinin təhdid altında olduğunu, 42 faizi isə şəxsi təhlükəsizliyinin risk daşıdığını düşünür.

“Cebheinfo.az” xəbər verir ki, Komissiyanın müraciəti əsasında Münhen Təhlükəsizlik Konfransı ərəfəsində Demoscopy şirkəti tərəfindən aparılan “Flash Eurobarometer 574” araşdırmasının nəticələrinə görə, Aİ ölkələri vətəndaşlarının böyük əksəriyyəti mövcud beynəlxalq vəziyyətdə öz ölkələrini risk altında görür.

Sorğuda iştirak edənlərin 42 faizi şəxsi təhlükəsizliyinin də təhdid altında olduğunu bildirib. Təhlükə səviyyəsinin ən yüksək olduğu ölkələr 80% ilə Fransa, 77% ilə Hollandiya və Danimarka, 75% ilə Almaniya olub.

Müdafiə xərclərinə gəlincə, respondentlərin 32 faizi Aİ-nin, 34 faizi isə öz ölkələrinin kifayət qədər addım atmadığını hesab edir. Bununla belə, avropalıların 52 faizi birlik daxilində təhlükəsizlik və müdafiə imkanlarının gücləndiriləcəyinə inanır.

Bu göstərici Aİ-nin üç böyük ölkəsində, Almaniya, Fransa və İtaliyada daha aşağıdır. Alman və italyan respondentlərin 47 faizi, fransızların isə 40 faizi bu fikirlə razılaşmadığını ifadə edib.

Qeyd edək ki, “Flash Eurobarometer 574” sorğusu 5-12 yanvar 2026-cı il tarixlərində Aİ-yə üzv 27 ölkədə təxminən 27 min nəfərlə onlayn müsahibə üsulu ilə aparılıb.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
cebheinfo.az

2Sources