EN

İctimai Birlik sədri: Dövlət sifarişi ilə inşa olunan obyektlərdə əlçatanlıq tələblərinə daha ciddi yanaşma müşahidə edilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 fevral, Günel Türksoy, AZƏRTAC

Yeni tikililərdə əlçatanlıq tələblərinin nəzərə alınması əvvəlki dövrlərlə müqayisədə daha sistemli xarakter alıb. Xüsusilə dövlət sifarişi ilə inşa olunan obyektlərdə bu məsələyə daha ciddi yanaşma müşahidə edilir. İctimai nəqliyyat sahəsində də müəyyən müsbət dəyişikliklər var. Belə ki, aşağı döşəməli avtobusların tətbiqi, bəzi ictimai məkanlarda uyğunlaşdırılmış girişlərin yaradılması buna nümunədir. Lakin bu imkanların bütün marşrut və əraziləri əhatə etməsi hələ təmin olunmayıb.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın katibi, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Ramilə Mahmudova deyib.

Onun sözlərinə görə, küçə mühitində pandusların standartlara uyğun olmaması, səki keçidlərinin qeyri-bərabərliyi və digər texniki çatışmazlıqlar əlilliyi olan şəxslərin sərbəst hərəkət imkanlarını məhdudlaşdıra bilir: “Görülən işləri ümumilikdə müsbət qiymətləndirmək olar, lakin əlçatanlıq məsələsi tam həll edilmiş hesab oluna bilməz. Bu sahədə davamlı nəzarət, ictimai iştirakçılıq və əlilliyi olan şəxslərin özlərinin qərar qəbuletmə proseslərinə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Əsas məqsəd odur ki, əlilliyi olan şəxslər cəmiyyətin həyatında bərabərhüquqlu və müstəqil iştirak imkanına real şəkildə malik olsunlar. Bu isə yalnız fiziki mühitin deyil, həm də sosial münasibətlərin və idarəetmə yanaşmasının inklüziv olmasını tələb edir”.

Qeyd edək ki, Ramilə Mahmudova ilə müsahibənin geniş variantı ilə link vasitəsilə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
77
1
azertag.az

2Sources