EN

Evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb. Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.

 Araşdırmalar davam etdirilir.

Chosen
22
13
ucnoqta.az

10Sources