Dəhşətli HADİSƏ: Kişi ailə üzvlərini BIÇAQLADI
Ajans.az xəbər verir ki, Emil 2024-cü il mayın 16-da rəsmi nikah münasibətində olduğu arvadı Elnarə ilə telefonla əlaqə saxlayıb və ondan qonaq getdiyi anasıgildən evə qayıtmasını tələb edib. Elnarə bu zaman onunla birgə yaşamaqdan bezdiyini və ayrılmaq istədiyini bildirib. Bundan qeyzlənən Emil qisas niyyəti ilə arvadını öldürmək qərarına gəlib. O, mayın 17-də saat 17 radələrində qayınanasının evinə yollanıb, aqressiv şəkildə arvadından çölə çıxmasını istəyib. Emilin əsəbi vəziyyətdə bacısına nəsə edəcəyindən ehtiyatlanan Gülarə nənəsi Xumarı çağırıb. Xumar ondan səs-küy salmamasını, çıxıb getməsini tələb edib.