EN

ABŞ gömrük rüsumlarını yumşalda bilər: Metal məhsullar siyahıdan çıxır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın komandası gömrük rüsumları tətbiq olunan məhsulların siyahısını nəzərdən keçirir və əsasən metal məhsullarını siyahıdan çıxarmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Ötən yay Ağ Ev alüminium və polad idxalına tarifləri 25%-dən 50%-ə qaldırmışdı. Bəzi ABŞ rəsmiləri hesab edirlər ki, tariflər içki və qida qablaşdırması da daxil olmaqla istehlakçılara əlavə maliyyə yükü yaradır və mövcud sistem mürəkkəb olduğundan optimallaşdırmaya ehtiyac var. Potensial yumşaldılma Meksika, Böyük Britaniya, Kanada və Avropa İttifaqı ölkələrinə də aid edilə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
oxu.az

1Sources