Azərbaycanın yunan-Roma güləşi üzrə gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandalarının məşqçilər heyətinin tərkibi yenidən formalaşıb.
Fanat.Az Azərbaycan Güləş Federasiaysına istinadən xəbər verir ki, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.
Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.
U-17 yığmasının böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.
U-15 millisində böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.