Bakı. Trend:
Abşeron rayonun müxtəlif ünvanlarında qeyri-qanuni vəqanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyatakeçirilən tikinti işlərinin qarşısı alınıb.
Ərazinin monitorinqləri zamanı rayonun Masazır, Görədil, Hökməlivə Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyatakeçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunub.Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcraHakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlərzamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuştorpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarındatikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizəorqanlarına məlumatlar verilib və inşa işləri dayandırılıb.
O cümlədən Masazır kəndində “Qurtuluş-93” Yaşayış Kompleksindəbinanın 1-ci mərtəbəsində və zirzəmilərində torpaq qatınınçıxarılması, mişar daşlarından olan hörgünün sökülməsi, eləcə dəqanunvericiliyə uyğun olmayan tikinti-quraşdırma işlərininaparılması aşkar olunub. Qeyri-qanuni fəaliyyətlər müəyyənolunduqdan sonra həyata keçirilən işlər Dövlət Şəhərsalma vəArxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayonİcra Hakimiyyəti tərəfindən dayandırılıb, qanunsuz işləraktlaşdırılaraq müvafiq qurumlara lazımi tədbirlərin görülməsi iləbağlı müraciətlər edilib.