EN

HHQ-nin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib

Bakı. Trend:

2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində(HHQ) inspeksiya yoxlamaları keçirilib.
Yoxlamalar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevinhərbi hissənin ərazisindəki büstünün ziyarəti ilə başlayıb.

Trend bu barədəMüdafiə Nazirliyinə istinadən xəbər verir.

Şəxsi heyətə və maddi tədris bazasına sıra baxışlarıkeçirildikdən sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidiolub.

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindənqoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüşnövbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatınvəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsiheyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbuledilib.
Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbiaviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektivistifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib,uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.

İnspeksiya zamanı hərbi pilotların uçuş təcrübəsi və təlim-məşqhazırlığının plana uyğun icrası dəyərləndirilib. Şəxsi heyətinpeşəkarlıq səviyyəsi, müasir silah və texnikanın praktikmənimsənilməsi, eləcə də təlim və məşqlərin keyfiyyətiyoxlanılıb.
Yoxlamaların nəticələrinə əsasən, HHQ-nin xidməti-döyüş fəaliyyətivə şəxsi heyətin təlim-döyüş vərdişləri müsbətqiymətləndirilib.

Chosen
106
20
az.trend.az

10Sources