“Paris Sen-Jermen”in  klubunun baş məşqçi Luis Enrikenin istəyi ilə braziliyalı hücumçu Rodriqonu heyətinə qatmaq istədiyi bildirilir.

Offsideplus.az xəbər verir ki, “Real Madrid” futbolçusu ilə bağlı danışıqlara başlamağa hazır deyil və yalnız bir şərtlə transferə razı ola bilər. Madrid klubu mümkün anlaşma üçün “PSJ”nin portuqaliyalı yarımmüdafiəçisi Vitinyanı transfer etmək imkanı tələb edir.

Bildirilir ki, bu keçid yalnız oyunçu mübadiləsi formatında reallaşa bilər. Əks halda, tərəflər arasında razılaşmanın baş tutması çətin görünür.