EN

Havanın kəskin dəyişməsi ürək-damar xəstələri üçün təhlükəlidir – Həkim XƏBƏRDARLIĞI

Qəfil temperatur dalğalanmaları hipertoniya, ateroskleroz və koronar ürək xəstəliyi olan insanlar üçün təhlükəlidir.

İnterpress.az xəbər verir ki, bu barədə tibbi ekspertlər məlumat yayıb.

Həkimlər xəbərdarlıq edirlər ki, havanın temperaturundakı kəskin dalğalanmalar hipertoniya (yüksək təzyiq), ateroskleroz və ürəyin işemik xəstəliyindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaradır.

Belə xəstələrdə damarlar hava dəyişikliyinə daha çətin uyğunlaşır, bu da qan təzyiqinin qəfil yüksəlməsi, hipertonik krizlər və ağır damar fəsadları riskini artırır.

Mütəxəssislər qeyd edir ki, oxşar risklər yaşlı insanlar üçün də keçərlidir. Bununla yanaşı, hətta tam sağlam şəxslərdə belə “hava dalğalanmaları” baş ağrıları, halsızlıq, yuxululuq, əsəbilik və yuxu pozuntularına səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
144
interpress.az

1Sources