Yazını böyüt
Yazını kiçilt
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadəni saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.
Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir.