EN

Murovda itkin düşən hərbçinin nəşi tapıldı

Yazını böyüt
Yazını kiçilt

Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidinin şəxsiyyəti müəyyənləşdirilib.

Hafta.az xəbər verir ki, bu, Kərimov Şahin Heydər oğludur. 

O, 1993-cü il aprelin 4-də Murovdağda itkin düşmüşdü. 

2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra itkin-şəhidin meyitinin qalıqları tapılıb. Aparılan ekspertizalar nəticəsində qalıqların Şahin Kərimova aid olması dəqiqləşib.  

Şəhid yaxın günlərdə Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zar kəndindən olan Ş.Kərimov 1972-cü il dekabr ayının 14-də Mingəçevir şəhərində doğulub. 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı bir dövrdə könüllü şəkildə ordu sırlarına qoşulub. Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib.

1993-cü il aprelin 4-də Murovdağda yaralanıb və onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin dövrdən itkin düşüb. Subay idi./yenisabah/

Chosen
21
4
hafta.az

5Sources