EN

Həbsxanalar üçün 6.5 milyon manat ayrıldı » AzadMedia.az


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsi qurumun tabeliyindəki müəssisələrin təminatını gücləndirmək məqsədilə iri həcmli satınalma elan edib.

Müsabiqə çərçivəsində müxtəlif növ yumşaq inventarların satın alınması nəzərdə tutulur.

Layihənin ehtimal olunan qiyməti 6.499.086,00 azn (altı milyon dörd yüz doxsan doqquz min səksən altı manat) təşkil edir.
Chosen
3
2
azadmedia.az

3Sources