EN

Lukaşenko: Sosial şəbəkələri bloklamaq vəhşilikdir

Lukaşenko sosial şəbəkələrin bloklanmasını vəhşilik və orta əsr təfəkkürü adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat yayıb.

Dövlət başçısı messencerlərin və ya sosial şəbəkələrin bloklanması ilə bağlı təklifləri şərh edərkən bildirib ki, bu, mənasız bir addımdır.

O qeyd edib ki, qadağalar tətbiq edildikdə insanlar proksi və VPN kimi vasitələrə üz tutacaqlar və nəticədə xarici şirkətlərə pul ödəyəcəklər.

“Bu servislərə kimin nəzarət etdiyini bilirsinizmi? Mən də bilmirəm. İnsanların burada ünsiyyət qurmasına niyə mane olmalı? Lakin Telegram-a nəzarət etmək lazımdır. İvan Stanislavoviç (DTK sədri İvan Tertelə – red.), siz nəzarət edin. Bu sizin işinizdir. Qadağan etmək isə vəhşilikdir, orta əsrlərdir”, – Lukaşenko vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
140
interpress.az

1Sources