EN

“Temu”dan sifariş verənlərə xəbərdarlıq - bağlamalarınız gecikə bilər...



Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilir ki, Çin Xalq Respublikasında bayram günləri ilə əlaqədar olaraq fevralın 15-dən 23-dək rəsmi qeyri-iş günləridir.

“Qeyd olunan dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların əksəriyyətinin iş rejimində məhdudiyyətlər tətbiq olunur. Buna görə də, bağlamaların ölkəmizə göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir. İstifadəçilərə sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almaları tövsiyə olunur”, - deyə İKTA-nın məlumatında bildirilir.

ZÜMRÜD

Chosen
18
21
baki-xeber.com

10Sources