EN

Bəzi ərazilərdə qaz olmayacaq

Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində təbii qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq...

Poliqon xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, qaz ölçü qovşağında mövcud olan "baypas" xəttinin təmiri zərurəti ilə əlaqədar qaz nəqlinin müvəqqəti dayandırılmasına ehtiyac yaranıb.

Bununla əlaqədar olaraq, fevralın 17-si, saat 10:00-dan etibarən təmir-bərpa işləri başa çatanadək "Mingəçevir" Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanan Mingəçevir şəhərinin mərkəzi və üç qəsəbəsində yaşayan 30 269 əhali, eləcə də 521 qeyri-əhali abonentinin qaz təminatı dayandırılacaq.

Eyni zamanda, Yevlax rayonunun Tanrıqulular, Hürüşağı və Boşçalı kəndlərində qeydiyyatda olan 831 əhali abonentinə də mavi yanacağın verilişinin dayandırılması planlaşdırılır.

Poliqon.info

Chosen
15
17
poliqon.info

10Sources