EN

“Neftçi”dən reaksiya: “Məşqçilər heyəti tədbirlər görəcək”

Böyük maraqla gözlənilən “Neftçi” – “Qarabağ” qarşılaşması fevralın 21-də keçirilməyəcək.

Premyer Liqanın 21-ci turun üçün nəzərdə tutulan qarşılaşma təxirə salınıb.

Buna səbəb “köhlən atlar”ın Çempionlar Liqasının pley-off mərhələsində fevralın 18-də və 24-də “Nyukasl”la matçlarının olmasıdır.

“Qarabağ”ın müraciətini nəzərdən keçirən “Neftçi” rəsmiləri görüşün başqa vaxta keçirilməsinə etiraz etməyib.

Bu, hər bir halda “ağ-qaralar”ın ziyanına işləyəcək.

Əvvəla ona görə ki, sıx qrafikdə meydana çıxan “Qarabağ”dan xal qoparmaq üçün əla imkan idi.

Digər tərəfdən, yüksələn qrafik üzrə hərəkət edən “Neftçi” təxminən iki həftə futbolsuz qalacaq ki, bu da istər-istəməz müəyyən çətinliklərə yol aça bilər.

Komandanın təcrübəli futbolçularından olan Elvin Camalov Sportinfo.az-a açıqlamasında matçın təxirə salınması barədə fikirlərini dilə gətirib:

“Yəqin ki, məşqçilər heyəti yaranacaq fasilə ilə bağlı hansısa tədbirlər görəcək. Hər həftə oynayanda təbii ki, sabitlik olur, işlər qaydasında gedir.

Bu cür hallara da hazır olmalıyıq. Daha çox məşq etməklə çalışıb iki həftəlik fasilədən istifadə etməliyik. “Kəpəz”i məğlub etməyi bacarsaq, əhval-ruhiyyə də yaxşı olacaq”.

“Neftçi” Premyer Liqanın 20-ci turunda “Kəpəz”lə üz-üzə gələcək.

Fevralın 15-də Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.

HƏBİB

Chosen
27
sportinfo.az

1Sources