U-19 Azərbaycan çempionatında oğlan boksçuların mübarizəsində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.
Aznews.az xəbər verir ki, 60 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 44 döyüş baş tutub.
Oğlan boksçular arasında 10 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.
Qız boksçuların yarışında isə daha 2 çəkidə finalçılar dəqiqləşib. 54 kq-da məğlub olanlar çempionatı 3-cü yerdə bitiriblər.
Qeyd edək ki, sabah oğlan idmançılar yarımfinal, qızlar final döyüşlərinə çıxacaqlar. Sonuncular, həmçinin 4 çəkidə bürünc medalçıları da müəyyənləşdirəcəklər.
U-19 Azərbaycan çempionatı
13 fevral
Qızlar
51 kq
1/2 final
Jalə Həsənova ("Zərbə" BİK) – Muradova Laləzar (Şabran) – ikinci qalib gəlib
Ruqiyyə Məmmədli ("AZSport" BK) – Əminə Tağı (DİN İC) – ikinci qalib gəlib
54 kq
Zəhra Səlimzadə ("Abşeron" BK) – Zəhra Məmmədova (RİM-1) – 1:4
Aylin Nəcəfova ("Neftçi" İK) – Aysu Mikayılova (Sumqayıt) – 3:2
Oğlanlar
1/4 final
50 kq
Nüsrət Rəhimli (Ağcabədi) – Əli Əliyev (Gəncə) – ikinci qalib gəlib
Nicat Əmirli ("Cənub" İK) – Hüseyn Quliyev (RKİM) – ikinci mərhələ adlayıb
Məhəmməd Rəsulov (RKİM) – Hüseyn Məhərrəmov ("AZSport" BK) – 0:5
Zöhrab Dərgahov (MOİK) – Kərəm Qocayev (MOİK) – ikinci ikinci mərhələ adlayıb
55 kq
Şamil Nəcəfov (Pirşağı-Kürdəxanı İK) – İmran Axundov ("Dəmir Yumruq" BİK) – 0:5
Məhəmmədəli Kərimli (NMH BK) – Əli Mayılzadə (DİN İC) – ikinci qalib gəlib
Şahin Mustafayev (Gəncə) – Nihat Qasımov (RKİM) – 0:5
Aydın Qasımov (Mingəçevir) – Zakir Həsənzadə (Gəncə) – 5:0
60 kq
Sübhan Babayev (RİM-1) – Ramal Zeynallı (DİN İC) – 5:0
Əli Baxışov ("Dəmir Yumruq" BİK) – Baqir Əmirxanlı ("Neftçi" İK) – ikinci diskvalifikasiya olunub
Əflatun İsmiyev (Sumqayıt) – Vaqif Paşayev (UGM-7) – birinci qalib gəlib
Toğrul Quliyev ("Qızıl əlcək" İK) – Raul Heydərli ("Neftçi" İK) – 3:1
65 kq
Şahin Aslanov (UGM-7) – Nihat Ağayev ("Neftçi" İK) – 4:1
Haqverdi Həsənov ("Neftçi" İK) – Təşkilat Quliyev (Sumqayıt) – 5:0