EN

Qripdən vəfat edən 4-cü sinif şagirdi ilə bağlı YENİ TƏFƏRRÜAT - Ölümündən saniyələr əvvəl “boğazında nə isə qalıb”VİDEO

Ötən gün 10 yaşlı Elcan Məmmədov yaşadığı evdə qəfil dünyasını dəyişib. "Boğazımda nə isə qaldı"- deyib, saniyələr sonra vəfat edən uşağın qrip virusuna yoluxduğu  bildirilir.

Xezerxeber.az-ın xəbərinə görə, ailə deyir ki, 9 gün sonra Elcanın ad günü olacaqdı, hər kəs əslində bunu gözləyir, buna hazırlaşırdılar. 4-cü sinif şagirdi olan Elcan bir müddətdir qrip olsa da, bunu yüngül keçirdirmiş.

Ailə uşağın bir müddətdir ösükrəyinin kəsmədiyini bildirir. Hətta valideyni ona, səni çöppçüyə aparaq deyəndə, Elcan ona mən körpə uşağam ki, məni çöpçüyə  aparasız?! Cavabını verib, bundan imtina edib.

Ailə bildirdi ki, sonuncu gün gecə saat 3-də oyanan Elcan nənəsini oyadıb, su içib, sonra isə, eləbil boğazımda nə isə qalıb deyərək qəfildən keçibinib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
53
xezerxeber.az

1Sources