Pakistanın Bəlucistan əyalətində 5,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə "Reuters" agentliyi ABŞ Geoloji Xidmətinə (USGS) istinadən məlumat yayıb.
Xuzdar rayonundan 79 km məsafədə qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.