EN

ABŞ Cenevrədə İran və Ukrayna üzrə danışıqlar keçirməyi planlaşdırır

BAKI, 14 fevral. TELEQRAF

ABŞ nümayəndə heyəti fevralın 17-də Cenevrədə Ukrayna ilə bağlı danışıqlarla yanaşı, İran üzrə də diplomatik məsləhətləşmələr aparmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səhər saatlarında ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner İran təmsilçiləri ilə ikitərəfli görüş keçirəcəklər.

Günün ikinci yarısında isə onlar Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşə qatılacaqlar.

Agentliyin bildirdiyinə əsasən, danışıqların eyni gündə və eyni məkanda keçirilməsi Vaşinqtonun həm İran, həm də Ukrayna istiqamətində diplomatik səyləri paralel şəkildə davam etdirmək niyyətini göstərir.

Chosen
35
teleqraf.com

1Sources