EN

Murad Arif: “Boşanmaq faciəli hal deyil”

“Elə hər kəs dözməkdən danışır. Şiddət görən, şiddətlə böyüyən, psixoloji problemlər qazanan övladları da düşünək. İki insan biri-birinin həyatını zəhərləyirsə, ayrı yaşasalar daha yaxşıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu bəstəkar, müğənni Murad Arif deyib. O, son günlər müzakirə olunan boşananlar cərimələnsin kimi fikirlərə belə reaksiya verib:

“Boşanmaq ümumiyyətlə faciəli bir şey deyil. İnsanlar daha dözümlü deyillər. Keçmişdə çox idi şiddətə, ər, qaynana təziqinə dözənlər. Belə-belə psixoloji cəhətdən çat vermiş nəsil yaratdıq. Demirəm boşanmaq yaxşı bir şeydir, amma bu hallara dözməkdənsə ayrı yaşamaq daha yaxşıdır”.

Qeyd edək ki, xanəndə Eldəniz Məmmədov boşanan hər kəsin qanunla 50 min manat məbləğində cərimələnməsini təklif etmişdi.

Aydan Hacı  


Telegram kanalımız
Chosen
112
2
yenisabah.az

3Sources