EN

“Onların törətdiyi cinayət nasistlərin etdiklərindən daha pis idi”

“İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”.

Yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsində Bakı Hərbi Məhkəməsində barələrində hökm oxunan Ermənistan vətəndaşlarının əfv edilib-edilməyəcəyinə dair sualına cavabında deyib.
“Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”, - dövlət başçısı qeyd edib.
Prezident bunun tamamilə eyni şey olduğunu vurğulayıb.
“Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.
Chosen
12
1
yenilik.az

2Sources