EN

Bizə qarşı ədalətsizlikdir - Zelenski ideyanı rədd etdi 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna tərəfi müharibədə uduzmur, Rusiya ordusu isə "hücum" iddialarına baxmayaraq, ciddi itkilər verir.

Ölkə.Az xəbər verir ki, bu barədə UNIAN telekanalı məlumat verib.

"Ukrayna uduzmur. İşğal olunmuş Ukrayna torpağının hər kilometri üçün onlar 170 itki ilə cəzalandırılırlar - ölən və ya ağır yaralanan, lakin bir daha geri qayıtmayacaqlar. Bütün dəlillərimiz var. Deyirik ki, son aylarda haradasa qalib gəliblər? Xeyr”, - deyə dövlət başçısı vurğulayıb.

Zelenskinin sözlərinə görə, Kiyev Ukraynanın müharibəni davam etdirməkdə maraqlı olduğu təəssüratını aradan qaldırmaq üçün ABŞ-ın təşəbbüslərini dəstəkləyir.

"Bizə təcili görüşək deyəndə biz də deyirik ki, əlbəttə. Cəbhə xəttini donduraq? Biz hazırıq. Güzəştlər? Yalnız qarşı tərəf də hazır olduqda", - deyə prezident qeyd edib.

O, həmçinin "azad iqtisadi zona"nın yaradılması və qoşunların mümkün çıxarılması ideyasına münasibət bildirərək, Ukrayna üçün bunun faktiki olaraq öz ərazisindən imtina etmək demək olduğunu vurğuladı.

"Bizim üçün bu, sadəcə ərazimizi tərk etmək deməkdir. Mən burada heç bir ədalət görmürəm", - deyə Zelenski bildirib.

Chosen
49
1
olke.az

2Sources