EN

Tozlu rəflərdən ürəklərə: kitabın dəyişdirici gücü

ain.az, Azertag saytına istinadən bildirir.

Rövşən Abdullaoğlu: Kitab bağışlamaq bir dünyanı paylaşmaqdır

Bakı, 14 fevral, Gülay Nəzərova, AZƏRTAC

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü unudulmuş dəyərləri xatırladan xüsusi fürsətdir. Bu gün sanki bizə pıçıldayır: "Bax, burada, tozlu rəflərin arasında nəzərindən qaçırdığın bir həqiqət mənbəyi var. Götür onu oxu və başqasına da hədiyyə et!˝ Kitab bağışlama günü bizə göstərir ki, ən dərin təsir insanın və cəmiyyətin həyatını yaxşıya doğru dəyişdirməkdir. Bu isə kitabla mümkündür. Kitab bağışlamaq bir təcrübəni, bir dünyanı və bilikləri paylaşmaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında yazıçı Rövşən Abdullaoğlu deyib.

O bildirib ki, mütaliə beyini gündəlik həyatın yorucu “avtopilot” rejimindən xilas edir. Hər yeni kitabla insan başqa həyatları yaşayır, tanımadığı coğrafiyalarda gəzərək fərqli dünyaları kəşf edir. Hədiyyə edilən kitab bəzən bir insanın gələcəyini dəyişəcək böyük bir qığılcıma çevrilə bilər.

Yazıçı diqqətə çatdırıb ki, rəqəmsal dünyanın sürətli olduğu müasir dövrdə kitab bizə dayanmağı və düşünməyi öyrədir.

O, bütün oxucuları kitab oxumaq və hədiyyə etməklə bu gözəl təşəbbüsü dəstəkləməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
azertag.az

2Sources