EN

Rus Dram Teatrının direktoru vəzifəsindən azad olundu Yerinə Mədəniyyət Nazirliyinin müşaviri təyin olundu

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

Kulis.az xəbər verir ki, bununla bağlı Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Sahib olduğum şeyə keçmişdə kədər deyirdilər... - Günün mahnısı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
37
kulis.az

10Sources