Rusiya fevralın 14-ə kecən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və müxtəlif istiqamətlər üzrə 112 zərbə dronu ilə hücum edib.
"Cebheinfo.az" bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.
Hərbçilərin məlumatına görə, hücum fevralın 13-ü saat 18:30-dan fevralın 14-ü səhərədək Rusiya tərəfindən həyata keçirilib.
Qeyd olunur ki, buraxılan dronların təxminən 70-i "Şahed"lərdir.
"Hava hücumu aviasiya, zenit-raket qoşunları, Radioelektron Mübarizə (REM) və pilotsuz sistemlər bölmələri, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - məlumatda deyilir.
İlkin məlumatlara görə, şənbə günü saat 08:30-a olan vəziyyətə əsasən, hava hücumundan müdafiə vasitələri ilə "Shahed", "Gerbera", "İtalmas" və digər tipli 91 Rusiyaya məxsus dronu zərərsizləşdirilib.
"Cebheinfo.az"