EN

“Qarabağ” üçün təhlükə: 3 əsas futbolçu “Nyukasl”la səfər matçını buraxa bilər

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın üç aparıcı futbolçusu İngiltərədə "Nyukasl"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxmaq təhlükəsi ilə üz-üzədir. Sport24.az-ın məlumatına görə, söhbət yarımmüdafiəçi Marko Yankoviç, müdafiəçilər Mateus Silva və Kevin Medinadan gedir.Sözügedən oyunçular Bakıdakı ilk qarşılaşmada sarı vərəqə alsalar, cəzalı duruma düşəcək. Çünki onlar daha əvvəl Liqa mərhələsində 2 dəfə bu halla üzləşiblər.Qitənin bir nömrəli klub turnirində sarı vərəqələr play-off mərhələsindən sonra sıfırlanır.Qeyd edək ki, "Qarabağ" - "Nyukals" matçı fevralın 18-də, cavab görüşü isə fevralın 24-də olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
151
sport24.az

1Sources